Silahlı insident baş verib: 1 ölü, 2 yaralı
30.11.2025 22:39
2701
Kriminal
A
Silahlı insident baş verib: 1 ölü, 2 yaralı

Daxili İşlər Nazirliyi (DİN) Kutaisidə baş vermiş və nəticədə 3 nəfərin yaralandığı, onlardan birinin isə xəstəxanada öldüyü silahlı insident barədə məlumat yayıb.

Aktual.ge xəbər verir ki, DİN-dən bildirilib ki, bu mərhələdə müəyyən edilməmiş şəxs Qamsaxurdia küçəsində yerləşən binalardan birinin yaxınlığında odlu silahdan atəş açaraq üç nəfəri yaralayıb və hadisə yerindən qaçıb. Yaralılardan biri xəstəxanaya aparıldıqdan sonra orada dünyasını dəyişib.

Qeyd olunub ki, cinayəti törədən şəxsin müəyyənləşdirilməsi və saxlanılması məqsədilə hüquq-mühafizə orqanları aktiv istintaq hərəkətləri aparırlar.

"İmereti Polis Departamentinin əməkdaşları Kutaisidə Qamsaxurdia küçəsində baş vermiş qətl və yaralanma faktı ilə bağlı iki və ya daha çox şəxsə qarşı ağırlaşdırıcı hallarda törədilmiş qəsdən adam öldürməyə cəhd maddəsi ilə istintaqa başlayıblar.

İstintaqın bu mərhələsində müəyyən edilməmiş şəxs Kutaisidə, Qamsaxurdia küçəsində yerləşən binalardan birinin yaxınlığında odlu silahdan atəş açaraq 1970-ci il təvəllüdlü Ş.Q.-nu, 1979-cu il təvəllüdlü İ.R.-ni və 1983-cü il təvəllüdlü İ.Q.-nu yaralayıb və hadisə yerindən qaçıb. Yaralıların hər üçü təcili tibbi yardım  tərəfindən xəstəxanaya aparılıb, lakin aldıqları xəsarətlər nəticəsində onlardan biri – Ş.Q. dünyasını dəyişib.

Cinayəti törədən şəxsin müəyyən edilməsi və saxlanılması məqsədilə hüquq-mühafizə orqanları fəal istintaq tədbirlərini davam etdirirlər.

İstintaq Cinayət Məcəlləsinin 19-109-cu maddəsinin 'L' bəndi ilə aparılır ki, bu maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur", - məlumatda deyilir.

Foto: İnfoİmereti

ŞƏRH YAZ
9