Kateqoriyalar
Marneuli bələdiyyəsinin Algeti kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Aktual.ge xəbər verir ki, təxminən saat 15:30 radələrində baş verən qəzada 3 nəfər müxtəlif dərəcələri bədən xəsarələtir ilə Marneulidəki klinikalardan birinə yerləşdirilib.
Məlumata görə, yaralananlardan birinin 70, digərlərinin isə 50-dən aşağı yaşı var. Yaralılardan birinin hər iki ayağı sınıb, digərinin üz və boyun nahiyəsində, üçüncünün isə qol və bədən nahiyələrində ciddi xəsarətlər mövcuddur.
Faktla bağlı araşdırma aparılır.
