DİN-dən Marneulidəki qanlı hadisə ilə bağlı AÇIQLAMA - VİDEO
18.10.2026 12:11
792
Siyasət
A
DİN-dən Marneulidəki qanlı hadisə ilə bağlı AÇIQLAMA - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Şöbəsinin əməkdaşları sağlamlığa qəsdən ağır zərər vurma ittihamı ilə bir nəfəri saxlayıblar.

Aktual.ge xəbər verir ki, bu barədə DİN məlumat verib.

"İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Marneuli bələdiyyəsində mübahisə zamanı soyuq silahdan istifadə edərək gənc oğlana ağır xəsarət yetirib.

Yaralı müvafiq tibbi yardım göstərilməsi məqsədilə klinikaya aparılıb.

Hüquq-mühafizə əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində təqsirləndirilən şəxsi isti izlə saxlayıblar.

Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə aparılır. Maddə 7 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur" , - məlumatda deyilir.

ŞƏRH YAZ
0