Köhnə dövlət nömrə nişanını necə dəyişdirmək olar? - GENİŞ İZAHAT
12.03.2021 14:50
2617
Maraqlı
A
Köhnə dövlət nömrə nişanını necə dəyişdirmək olar? - GENİŞ İZAHAT
Martın sonu və aprelin əvvəlindən etibarən vətəndaşlar avtomobillərinin köhnə növ dövlət nömrə nişanlarını dəyişdirməlidirlər. Aktual.ge sizə prosesi necə və harada həyata keçirə biləcəyiniz barədə geniş nəlumat təqdim edir: Nömrəni dəyişdirmək üçün xidmət agentliyinə maşını da aparmaq məcburidirmi? - Köhnə dövlət nömrə nişanları yenisi ilə dəyişdirilərkən, maraqlı şəxsin adına qeydiyyatdan keçən nəqliyyat vasitəsi və məlumatları (markası, gövdə növü, rəng, yanacaq növü, mühərrik nömrəsi və ya həcmi və s) dəyişdirilməyibsə, bu zaman nəqliyyat vasitəsini Agentliyin ərazi vahidlərinə gətirmək və yoxlamaq məcburi deyil. "SAGENCY" xidmət agentliyinin tətbiqetməsini necə yükləyə bilərəm? - IPhone istifadəçiləri APP Mağazasından, Android istifadəçiləri PLAY Mağazasından yükləyə bilərlər. Tətbiqetmə yükləndikdən sonra vətəndaş, əvvəllər xidmət agentliyinin veb saytında qeydiyyatdan keçməyibsə qeydiyyatdan keçməlidir. Distant formada xidmət almaq istəyən vətəndaşlar agentliyin mobil tətbiqetməsində qeydiyyatdan keçmək üçün aşağıdakı məlumatları tətbiqetmədəki müvafiq xanalarda yazmalıdırlar: • Ad; • Soyad; •Şəxsiyyət vəsiqəsinin nömrəsi; • Mobil telefon nömrəsi; • Elektron poçt ünvanı. Bu prosesdən sonra vətəndaş birbaşa şəxsi səhifəsinə keçə biləcək. Xidmət Agentliyinin mobil tətbiqetməsində (SAGENCY) köhnə model dövlət nömrə nişanının dəyişdirmə funksiyası əlavə edilib və minik nəqliyyat vasitələri sahibləri yeni model dövlət nömrə nişanlarını 24 fevraldan etibarən onlayn olaraq distan formada əldə etmək imkanına sahibdirlər. Mobil tətbiqetmə (SAGENCY) vasitəsi ilə nömrəni necə dəyişdirə bilərəm? - Nömrəni dəyişdirmə baneri şəxsi səhifənin əsas panelində görünəcəkdir. Vətəndaş, banerə toxunaraq, onun adına nömrələnmiş vasitəni görəcəkdir. Sonra nömrəni və qeydiyyat şəhadətnaməsini çıxarmaq istədiyi struktur bölməni və həmçinin istədiyi dövlət nömrə nişanını seçir. Müvafiq xidmət haqqını ödəyir. Dörd gündən tez, altı gündən gec olmamaq şərtilə göstərilən ünvana baş çəkməlidir. Distant formada dəyişdirilmiş nömrələri haradan əldə edə bilərik? - Distant formada dəyişdirilmiş, yeni növ nömrə nişanını sifariş verildiyi zaman qeyd olunan agentliyin struktur bölməsindən əldə edilə bilər. Mobil tətbiqetmə vasitəsi ilə dövlət nömrə nişanını dəyişdirən şəxslər nömrəni və qeydiyyat şəhadətnaməsini almaq üçün dörd və altı iş günündən gec olmayaraq göstərilən xidmət mərkəzinə gəlməlidir. Qeyd edək ki, vətəndaş, agentliyə avtomobilinin köhnə dövlət nömrə nişanını və köhnə qeydiyyat şəhadətnaməsi təqdim etməlidir. Fiziki şəxslərdən başqa hüquqi şəxslər mobil tətbiqetmədən istifadə edə bilərmi? - Yalnız minik maşına sahib olan fiziki şəxs onun adına qeydiyyatda olan nəqliyyat vasitəsi və ya onun məlumatları (marka, gövdə növü, rəng, yanacaq növü, mühərrik nömrəsi və ya tutumu və s.) dəyişməyibsə, Xidmət Agentliyinin (SAGENCY) mobil tətbiqi vasitəsi ilə köhnə modelin qeydiyyat nömrəsini yenisi ilə dəyişdirməyi tələb edə bilər. Hüquqi şəxslərə gəldikdə isə, onlar, xidmət mərkəzlərinə gəlməli və nömrələrini dəyişdirməlidirlər. Xidmət agentliyinin veb saytı vasitəsilə nömrələrin dəyişdirilməsi mümkündürmü? - Vətəndaşlara elə gəlir ki, köhnə model nömrəsinin xidmət agentliyinin veb saytı vasitəsilə dəyişdirilə bilərlər. Onlara bildirmək istəyirəm ki, bu xidməti yalnız xidmətdən agentliyinin mobil tətbiqi və ya agentliyin struktur bölmələri vasitəsilə faydalana bilərlər. Mobil tətbiqetmə xaricində köhnə nömrələri harada dəyişə bilərsiniz? -Tbilisidə, Kavtaradze küçəsi №21 ünvanında yerləşən xidmət mərkəzi istisna olmaqla, Xidmət Agentliyinin bütün struktur bölmələrində köhnə nömrələr dəyişdirilə bilər. Tbilisi struktur vahidliyindən yalnız mobil tətbiqetmə vasitəsilə çıxardılmış yeni dövlət nömrə nişanını əldə etmək mümkündür. Köhnə modelin nömrələrini həmçinin Tbilisidəki Balançin №26 ünvanında yerləşən qeydiyyat şöbəsində dəyişdirmək mümkündür. Sözügedən xidmət mərkəzində fərqli bir tarif mövcuddur. Qeyd etmək lazımdır ki, xidmətdən yalnız struktur vahidliyinə gəlməklə istifaldə etmək olar, ərizə doldurulan zaman isə bu filialın adı qeyd edilmir. Hansı hallarda dövlət nömrəsini mobil tətbiqetmə vasitəsi ilə uzaqdan dəyişdirmək mümkün deyil? - Uzaqdan xidmət göstərilmir, əgər: • Xidmət icazəsiz bir şəxs tərəfindən tələb olunursa; • Agentliyin elektron məlumat bazasının sahibi müəyyən edilməyibsə; • Sahibkarın şəxsiyyət vəsiqəsinin və ya yaşayış kartının etibarlılığı dayandırılıbsa və ya ləğv edilibsə; • Sahibkar, xidmət göstərilməsi üçün Gürcüstan qanunvericiliyində tələb olunan məlumatları tam təmin etmirsə; • Sahibkar avtomobilin son qeydiyyatı zamanı göstəricillər bazasında göstərilən məlumatları (nəqliyyat vasitəsi: marka; model; gövdə növü; şəxsiyyət (VIN) nömrəsi; istehsal ili; rəng; mühərrik nömrəsi; mühərrik tutumu; yanacaq növü, icazə verilən çəki; yüklənməmiş çəki) dəyişdirilməyibsə; • Sahibkar və ya nəqliyyat vasitəsi axtarılırsa; • Sahibkar, nömrə nişanlarını agentliyə (itirilmədikləri təqdirdə) təhvil vermirsə; • Mülkiyyətçi və ya onun nümayəndəsi Gürcüstan qanunvericiliyində nəzərdə tutulmuş aktı imzalamaqdan imtina edirsə; • Xidmət haqqı ödənilmirsə;növbir hüquqi əsas vardır. Seriya nömrəsi nədir və vətəndaş nömrəni dəyişdirərkən nə qədər ödəniş etməlidir? Ödənişli nömrə necədir? - Seriya nömrə nişanı, hazırda müəyyən bir struktur bölməsinin qeydiyyat dəftərxanası tərəfindən mövcud seriyada verilən və yeni qeydiyyat şəhadətnaməsinin verilməsi üçün rüsumun 35 lari olduğu nömrələrin növüdür. Ödənişli nömrə nişanı, ardıcıl olaraq hazırlanmayan və seriya olaraq verilməyən ödənişli nömrədir ki, bunun yeni qeydiyyat şəhadətnaməsinin verilmə haqqı 35 laridir və ödəniş, əlavə olunan nömrədəki hərf və rəqəmlərin birləşməsindən asılıdır. İtmiş/zədələnmiş nömrənin bərpaetmə xidməti nədir? - Söhbət köhnə dövlət nömrə nişanından gedirsə, o bərpa olunmur və yeni model dövlət nömrəs nişanı çıxartmaq lazımdır. İtmiş və ya zədələnmiş yeni növ nömrə nişanı isə Tbilisi, Rustavi, Kutaisi və Batuminin struktur bölmələrində bərpa edilə bilər. Digər struktur bölmələrə gəldikdə, vətəndaşlar yeni nömrə nişanını sifariş edib bir neçə gün ərzində əldə edirlər.
ŞƏRH YAZ
2