Rusiya Müdafiə naziri: “Ukraynadakı xüsusi əməliyyat məqsədlərə nail olunana qədər davam edəcək”
29.03.2022 13:58
458
Dünya
A
Rusiya Müdafiə naziri: “Ukraynadakı xüsusi əməliyyat məqsədlərə nail olunana qədər davam edəcək”

Ukraynada xüsusi hərbi əməliyyat qarşıya qoyulan məqsədlərə nail olunana qədər davam edəcək.

Aktual.ge xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

"Rusiya Silahlı Qüvvələri qarşıya qoyulan məqsədlərə nail olunana qədər xüsusi hərbi əməliyyatı davam etdirəcək. Rusiya hərbçiləri Ukraynanın, Luqansk və Donetsk Xalq Respublikalarının əhalisinə fəal şəkildə humanitar yardım göstəririk. Artıq 684 humanitar aksiya həyata keçirilib. 210 yaşayış məntəqəsinə 6079 ton yük çatdırılıb", - deyə Şoyqu vurğulayıb.

ŞƏRH YAZ
7