Xalq Müdafiəçisi ofisi
03.03.2023 12:01
530
Siyasət
A
Xalq Müdafiəçisi ofisi "Xarici agentlər" qanun layihəsi ilə bağlı bəyanat yayır

Xalq Müdafiəçisi yanında Dinlər və Etnik Azlıqlar Şuraları Gürcüstan parlamentində bütün vətəndaş cəmiyyətini gözdən salmaq və ona düşmənçilik mühiti yaratmaq məqsədi daşıyan qanunvericilik prosesindən hədsiz narahatlığını bildirir.

Aktual.ge xəbər verir ki, bu barədə Xalq Müdafiəçisi (Ombdusman) ofisi bəyanat verib.

Qeyd olunub ki, təqdim olunan qanun layihəsi Gürcüstan vətəndaşlarının Avro-Atlantik strukturlara inteqrasiya ilə bağlı ifadə etdiyi sarsılmaz iradəyə, Gürcüstan Konstitusiyasında bəyan edilmiş məqsədlərə və insan hüquqlarına ziddir. Qanun layihəsinin qəbul edilməsi narahatedici və ölkənin demokratik inkişafı üçün dağıdıcı olacaq.

"Təşəbbüs edilmiş qanun layihəsi vətəndaş cəmiyyəti təşkilatlarını, mediaları, xeyriyyə və dini birlikləri “Xarici Təsir Agentləri” elan edir və onların bütün fəaliyyətini və cəmiyyətdəki rolunu ləkələyir. Qeyd olunan qanun layihəsinin və ya buna bənzər hər hansı təşəbbüsün qanuna çevrilməməsi prinsipial olaraq vacibdir. "Xarici Təsir Agentləri" aktını istənilən formada qəbul etmək bütün ölkə üçün son dərəcə zərərli olacaq. Qanunun qəbulu birbaşa olaraq eyni vaxtda bir neçə hüququn, yəni ifadə azadlığının, birləşmək azadlığının, dini etiqad azadlığının, şəxsi həyatın toxunulmazlığının pozulmasına gətirib çıxaracaq. Qanun xeyriyyə, sosial, humanitar, təhsil, elmi-tədqiqat, səhiyyə, mədəniyyət, idman, ekologiya, kənd təsərrüfatının inkişafı layihələrinin, habelə dövlət və ya ictimai əhəmiyyətli proqramların həyata keçirilməsinə mane olacaq, vətəndaş cəmiyyəti təşkilatlarının benefisiarlarına zərər vuracaq. Xüsusilə vurğulanır ki, “Xarici agentlər” qanun layihəsinin qəbulu (istənilən formada) vətəndaş inteqrasiyasının bütün prosesinə və tolerantlıq mədəniyyətinin inkişafına ən ağır zərbəni vuracaq. Ona görə də "Xarici təsir agentləri" haqqında qanunun qəbulunu yolverilməz hesab edirik" , - bəyanatda deyilir.

Bəyanatı aşağıdakı təşkilatlar və ictimai fəallar imzalayır:

Dinlər Şurası:
• Müqəddəs Üçlük Protestant Kilsəsi
• Gürcüstanın Yevangelist Baptist Kilsəsi
• Latın Katolik Apostol İdarəsi
• Gürcüstanın Yevangelist Kilsəsi
• Bərpa edilmiş Apostol Kilsəsi
• Gürcüstan İncil İnancı Kilsəsi
• Açıq Xristianların Müqəddəs Kilsəsi
• Dostlar Cəmiyyəti - Quakers
• Gürcüstan Erməni Katolik Kilsəsi
• Bəhar İcması
• Ümumi Gürcüstan Müsəlmanlarının Ali Dini İdarəsi
• Qurtuluş Ordusu
• Gürcüstan Müsəlmanları Birliyi
• Gürcüstanın Yeddinci Gün Adventist Xristian Kilsəsi
• Evangelist Kilsəsi
• Gürcüstan Yezidilərinin İlahiyyat Şurası
• Gürcüstanın Yevangelist Protestant Kilsəsi
• Gürcüstan Erməni Apostol Pravoslav Müqəddəs Kilsəsinin yeparxiyası
• Gürcüstan Əhmədiyyə Müsəlmanları Assosiasiyası
• Gürcüstanın Yevangelist Lüteran Kilsəsi
-Etnik Azlıqlar Şurası
• Elnur Əlisoi (Əliyev) - Həmrəylik Muzeyi
• Edqar Bitbunov - Qafqaz və Yaxın Şərq Araşdırmaları Mərkəzi
• Kərim Hümbətli - Demokratiya və İnteqrasiya Resursları
• Aleksandre Kavtaradze - Gürcüstan Universiteti
• Lili Səfərova - Qadın hüquqlarının ictimai təşəbbüsü
• Zaza Kalaşov - Gürcüstan Kürd Assosiasiyası "RONAI"
• Giorgi Tumasiani - Sülh Fondu
• Rəşan Ziadəliyev - Vətəndaş İştirakı və Fəallıq Mərkəzi
• Samirə İsmayılova - Vətəndaş Bərabərliyi Platforması
• Mari Mikoyan - Nəsil A
• Zaur Xəlilov - Vətəndaş İnteqrasiya Fondu
• Baira Bepiev - Beynəlxalq Qafqaz Mozaik Cəmiyyəti
• Raina Beleva - Gürcüstan Bolqar İcması
• Mari Arakelova - Gürcüstan Erməniləri Birliyi
• Susana Xaçatriani - Gürcüstan Erməni Qadınları Assosiasiyası
• Nona Xanqoşvili - "Pankisinin rifahı naminə" icma birliyi
• Leyla Məmmədova - Gürcüstanın Azərbaycanlı Gənclər Birliyi
• Agit Mirzoev - Nişan və İnkişaf Mərkəzi
• Valentina Marcanişvili - Gürcüstan-Ukrayna mətbuat və kitab evi
• Ceyxun Narzalov (Muxamedal) - Qırmızı Körpü
• Arnold Stepaniani - Çoxmillətli Gürcüstan

ŞƏRH YAZ
1