Almaniya Bundestaqı Almaniyada qalmaq üçün hüquqi əsası olmayan əcnəbilərin deportasiyası üçün tədbirləri sərtləşdirən qanun qəbul edib.
Aktual.ge xəbər verir ki, bu barədə Almaniya mediası məlumat yayıb
Yeni qanunun məqsədi qaçqın statusu almaqdan imtina edilmiş miqrantların Almaniyanı tərk edərək öz ölkələrinə qayıtmasını təmin etməkdir. O, həmçinin insan qaçaqmalçılığı ilə məşğul olanlara qarşı daha sərt cəzalar nəzərdə tutur.Ən əhəmiyyətli dəyişikliklərdən biri deportasiyaya qədər qeyri-qanuni mühacirlərin saxlanma müddətinin 10 gündən 28 günə qədər uzadılmasıdır. Bundan başqa, polisə deportasiya edilməli olan əcnəbiləri təkcə onların yaşadıqları qaçqın yataqxanalarının binalarında deyil, başqa yerlərdə də axtarışa vermək hüququ verilib.
Almaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, 2023-cü ildə ölkədən qeyri-qanuni mühacirlərin deportasiyası ilə bağlı 16 430 fakt qeydə alınıb ki, bu da 2022-ci ilin göstəricisindən 27% çoxdur.