Kateqoriyalar
Gürcüstan əhalisi üçün sarısıdıcı səhər - milli valyuta lari ABŞ dolları qarşısında yenidən kəskin dərəcə dəyər itirməyə başlayıb.
Beynəlxalq "Bloomberg" ticarət platformasında 1 dollar 2.7972 lari təşkil edir.
Aktual.ge xəbər verir ki, bu, "Bloomberg"in saat 10:00-a olan məlumatında öz əksini tapıb.
Xatırladaq ki, Gürcüstan Milli Bankı mayın 28-ə bir dolların rəsmi dəyərini 2.7680 lari dəyərində müəyyən edib.
Məlumat üçün bildirək ki, Gürcüstan Milli Bankı 28 may saat 17:00-də ABŞ dollarının yeni rəsmi məzənnəsini açıqlayacaq.