Gürcüstanda qızıl yenidən bahalaşdı
Bugün
375
İqtisadiyyat
A
Gürcüstanda qızıl yenidən bahalaşdı

Qlobal birjalarda qızılın qiyməti artıb.

Aktual.ge xəbər verir ki, son ticarət əməliyyatlarının nəticələrinə görə, 1 unsiya qızılın dəyəri bir gün ərzində 38 dollar bahalaşaraq 4 539 dollar təşkil edib.

“Gold Price” məlumatlarına əsasən, gün ərzində qiymətli metalın dəyəri 0,84% artıb. Bununla yanaşı, son bir ay ərzində qızılın qiymətində 2,49%-lik azalma qeydə alınıb. İllik göstəricilər isə qızılın qiymətinin son bir ildə 36,84% bahalaşdığını göstərir.

Yerli bazara gəldikdə isə, Gürcüstanda qızılın qiyməti bir gün ərzində 11 lari artıb.

Hazırda 999 əyarlı qızılın 1 qramının orta qiyməti 401 lari təşkil edir. Halbuki, əvvəlki günlərdə onun qiyməti təxminən 390 lari idi.

ŞƏRH YAZ
1