Sosial Ədalət Mərkəzi Marneuli Kirovka sakinlərinin tələbi ilə bağlı Marneuli Meriyasına çağırış edir
29.07.2022 14:51
829
Siyasət
A
Sosial Ədalət Mərkəzi Marneuli Kirovka sakinlərinin tələbi ilə bağlı Marneuli Meriyasına çağırış edir

"Sosial Ədalət Mərkəzi Marneuli Bələdiyyəsinin Kirovka kəndinin əhalisinin yaşayış yerinin ümumi yığıncağını keçirmək tələbini dəstəkləyir və Marneuli Meriyasını ümumi yığıncaq üçün lazımi bütün tədbirləri görməyə çağırırıq".

Aktual.ge xəbər verir ki, bununla bağlı Sosial Ədalət Mərkəzi bəyanat yayır.

Kirovka kənd sakinlərinin fikirlərini müdafiə edən Mərkəzin bəyanatını olduğu kimi təqdim edirik:

Bir neçə aydır ki, Kirovka kənd əhalisi yerli özünüidarəyə öz səsini eşitdirməyə və kəndin adını dəyişmə prosesində özünüidarə qurumuna kəndin mövqeyini çatdırmağa çalışır. 2022-ci ilin 18 aprel tarixində Marneuli Bələdiyyəsi Şəhər Şurası Sovet İttifaqından qalan adların dəyişdirilməsi mövzusunu müzakirə edib. Şəhər Şurası iki kəndin - Kirovka və Şaumiyanın, adlarını dəyişməklə bağlı qərarı dəstəkləyib. Özünüidarə qurumları tərəfindən yayılan məlumata əsasən, kəndlərin adı kənd əhalisinin razılığıyla seçildi və uyğun olaraq, Şaumiyan kəndinin adı Yuxarı Şulaver olaraq dəyişməli idi, Kirovkanın yerinə isə iki variyant təklif edildi: “Meqobroba (Dostluq)” və “Mtsvane Qora (Göy təpə)”.

26 apreldə Kirovka kəndinin əhalisi Marneuli İcra Hakimiyyətinə və Şəhər Şurasına kəndin yeni adının seçimi prosesində öz iştiraklarını təmin etməyə çağırdıqları və kəndin tarixi adı olan və 1949-cu ildə Sovet ittifaqı dövründə Kirovka olaraq dəyişdirilən “Mamey” adını təklif etdikləri kollektiv məktubla müraciət etdi. Kirovka sakinləri kənd adının “Mamey” olaraq qeyd edildiyi doğum və ölüm şəhadətnamələrini qoruyub saxlayırlar.

Kənddə eyni zamanda xarici səyyahlar tərəfindən 18-ci əsrdə belə kəndlərinin adının “Mamey” olaraq qeyd olunduğu tarixi sənədlər, kitablar haqda da danışırlar. Diqqətə layiq haldır ki, kollektiv məktuba kənd əhalisinin 30%-dən çoxu imza atdı. Qeyd etmək lazımdır ki, bu prosesə paralel olaraq əhali Marneuli Bələdiyyəsinin meri Kənan Omarovla görüşdülər və bu prosesdə dəstək xahiş etdilər. Kənd əhalisi bildiriblər ki, mer onlara kömək edəcəyini və bununla yanaşı, vaxta ehtiyacı olduğunu deyib. Lakin bir neçə aylıq gözləmədən sonra, Salam Platformasının və başqa aktivistlərin dəstəyiylə əhali, kəndin adıyla bağlı yaşayış yerinin ümumi yığıncağını təşkil etmək qərarına gəldi. Bu məqsədlə, 7 iyul tarixində kənd sakinlərindən təşkil olunmuş təşəbbüs qrupu Gürcüstanın yerli özünüidarə kodeksinin 85-ci maddəsinə əsasən, Bələdiyyədən yaşayış yerininin ümumi iclasını keçirmək üçün lazımi sənədləri almaq üçün özünüidarə qurumuna yazlı şəkildə müraciət etdi. Sözügedən məktuba cavab olaraq əhali, Mamey adının etimologiyası nədir?, Mamey ictimai və ya dövlət xadimininmi adıdır? Kəndin adının Mamey olmasını niyə istəyirlər və Mameyin Gürcüstan qarşısında hansı xidmətləri var kimi suallar aldılar. Sözügedən cavabı aldıqdan sonra, 19 iyul tarixində təşəbbüs qrupunun üzvləri özünüidarəyə bir daha müraciət edərək qeyd olunan suallara ümumi iclasda cavab verəvəklərini, hazırda isə onların tələblərinin yaşayış yerinin ümumi iclası olduğunu yazılı olaraq bildirdilər.

İndiyədək yerli özünüidarədən bu məsələyə münasibət bildirilməyib. Etnik azlıqların mədəni və ictimai həyatda iştirakı Gürcüstan Konstitusiyası, Vətəndaş Bərabərliyi və İnteqrasiyası üzrə Dövlət Strategiyası və Milli Azlıqların Müdafiəsi üzrə Avropa Çərçivə Konvensiyası ilə təmin edilən hüquqdur və azlıqların hüquqlarından yararlanması yönündə mühüm məsələdir. Çərçivə Konvensiyasının 4-cü maddəsində qeyd olunur ki, üzv dövlətlər azlıqların iqtisadi, sosial, siyasi və mədəni həyatda iştirakı üçün müvafiq tədbirlər görməlidirlər, 15-ci maddə isə azlıqların iştiraki üçün müvafiq şərait yaratmaq məqsədiylə dövlətləri tədbirlər müsbət görməyə çağırır. Həmçinin Çərçivə Konvensiyasının 5-ci maddəsi üzv dövlətləri azlıqlar üçün lazımi şərait yaratmağı, onların mədəniyyətinin qorunub saxlanılması və inkişaf etdirilməsi, kimlik elementlərinin, xüsusən də dinini, dilini, adətənənələrini və mədəni irsinin qorunması üçün öhdəliklər qoyur. Həmin maddənin ikinci hissəsi dövlətləri etnik azlıqların öz iradələrinə zidd şəkildə onların assimilyasiyasına yönəlmiş siyasət və təcrübələri həyata keçirməkdən çəkinməyə və bu şəxsləri bu cür assimilyasiyaya yönəlmiş istənilən hərəkətlərdən qorumağa çağırır. Azlıqların mədəni kimliyinin qorunub saxlanmasının mühüm elementi onların mədəni və ictimai həyatda iştirakıdır. İştirak hüququnun tərkib hissələrindən biri isə müxtəlif səviyyələrdə, o cümlədən etnik azlıqların kompakt yaşadığı özünüidarəetmə səviyyəsində məşvərət mexanizmlərinin mövcudluğudur.

Bundan əlavə, Gürcüstan tərəfindən də qəbul və təsdiq olunmuş Özünüidarə haqqında Avropa Xartiyası və onun Əlavə Protokolu (2009) özünüidarəetmədə iştirakın əsas siyasi hüquq olduğunu təyin edir və o, dövlətlərin səlahiyyət və öhdəliklərinin və onların istifadəsinə təsirinin müəyyən edilməsini nəzərdə tutur. Sözügedən hüququn həyata keçirilməsini, qanun, müvafiq vasitələrlə asanlaşdırmalıdır. Bir şəxsə və ya qrupa qarşı ədalətsiz ayrı-seçkilik halı baş verdikdə, qanun müxtəlif vəziyyətlər və ya kateqoriyalar üçün konkret tədbirlər görmək imkanına malik olmalıdır. İştirak hüququnun təmin edilməsi üçün görüləcək tədbirləri nəzərdən keçirən Əlavə Protokolun 2-ci maddəsində qeyd edilir ki, effektiv tədbir kimi yerli hakimiyyət orqanları insanları məsləhətləşmə proseslərinə, yerli referendumlara və petisiyalara cəlb edən prosedurlar tətbiq etməli; iştirakı müəyyən bir maneə ilə təhdid edilən bütün kateqoriyalı şəxslərin ehtiyaclarına cavab verən tədbirləri də həyata keçirməlidir. Gürcüstanın Özünüidarəetmə Məcəlləsinə əsasən, yaşayış yerinin ümumi yığıncağı əhalinin ictimai-siyasi həyatda iştirakını təşviq edən vasitələrdən biridir. Həmin məcəllənin 854 -cü maddəsinə əsasən qəsəbənin ümumi yığıncağını həmin yerdə qeydiyyatda olan seçicilərin ən azı 5 faizi çağıra bilər. Yığıncaq yaşayış yeri üçün vacib olan sosial məsələləri müzakirə etmək və bələdiyyənin müvafiq orqanlarına təkliflər vermək səlahiyyətinə malikdir. Müvafiq olaraq, Marneuli İcra Hakimiyyətinin qəsəbənin adı kimi önəmli məsələ ilə bağlı Kirovka kəndinin əhalisinin ümumi yığıncaq çağırışını imtina etməsi Kirovkada yaşayan əhalinin ictimai həyatda iştirak hüququnu pozur və onların öz mədəni hüquqlarını lazımi şəkildə həyata keçirmək imkanlarını şübhə altına salır. Qeyd edək ki, 90-cı illərdə Gürcüstanda etno-şovinist siyasətin gücləndiyi, dövlətçiliyin zəif və nizamsız olduğu bir vaxtda Kvemo Kartlidə kəndlərin adları yerli əhalinin razılığı olmadan, demokratik proseslər çərçivəsində və hökumət daxilində müzakirə etmədən azərbaycandilli adlar dəyişdirilib.

Məsələn, bu dövrdə, xüsusilə Bolnisi və Dmanisi bələdiyyələrində yerli əhali ilə heç bir razılaşma olmadan və o zamankı ümumi münaqişə konteksti fonunda 50-dən çox kəndin adı dəyişdirilib. Qeyd olunan məsələ yerli gürcü azərbaycanlısı icmasında travmatik yaddaşın yaranmasına səbəb olub. Qeyd edək ki, indinin özündə də bu kəndlərin sakinləri çox vaxt öz kəndlərini başqa adlarla çağırırlar və formal olaraq isə bu kəndlər başqa cür adlanır. Dövlət 90-cı illərin özbaşına etnosentrik siyasətini və zəif dövlət səhvlərini düzəltmək üçün heç bir tədbirlər görməyib. Yuxarıda qeyd edilənlərə əsasən, biz Marneuli Bələdiyyəsinin İcra Hakimiyyətini Kirovka kənd sakinlərinə Yerli Özünüidarəetmə Məcəlləsi ilə zəmanət verilmiş yaşayış yerinin ümumi yığıncağının keçirilməsinə dəstək olmağa və qərar qəbul etmə prosesində onların daha fəal iştirakını təşviq etməyə çağırırıq. Bu prosesdə yerli özünüidarəetmə orqanının etnik azlıqların mədəni kimliyinin qorunması hüququna və prinsiplərinə layiqincə hörmət etməsi, ümumi kontekstinə uyğun olaraq məsələnin həssaslığı ilə məşğul olması vacibdir",-məlumatda deyilir.

ŞƏRH YAZ
4