TƏCİLİ: Marneulidə məktəbə qaz sızıb: Zəhərlənən uşaqlar var...
25.04.2023 16:57
1710
Hadisə
A
TƏCİLİ: Marneulidə məktəbə qaz sızıb: Zəhərlənən uşaqlar var...

Gələn son dəqiqə məlumatına görə, Marneuli daxilində məktəblərdən birində qaz sızması baş verib.

Aktual.ge-nin verdiyi xəbərə görə, bir neçə uşağın zəhərləndiyi və təcili xəstəxanaya yerləşdirildiyi bildirilib.

Bununla bağlı məlumatı Marneuli Təhsil Resurs Mərkəzin rəhbəri Xanəli Qəhramanov təsdiq edib və deyib:

"Məktəbə qaz sızması təhsil ocağına aid deyil. Ətrafdakı müəssisələrdən məktəbə qaz sızıb".

Aktual.ge-nin əldə etdiyi məlumata görə, 3 uşaq təcili yardım maşını ilə Marneulidəki klinikalardan birinə yerləşdirilib və hazırda məktəbdən şagirdlər evakuasiya edilir.

ŞƏRH YAZ
6