Proqnoz verildi: Yanacağın qiyməti bahalaşacaq
28.02.2024 00:09
1204
İqtisadiyyat
A
Proqnoz verildi: Yanacağın qiyməti bahalaşacaq

Gürcüstanda yanacağın qiyməti 10-15 tetri bahalaşa bilər. 

Aktual.ge xəbər verir ki, bu barədə BPN-a “Senta Oil”in təsisçisi Zaal Yakobidze məlumat verib. 

Söhbət Rusiya hökumətinin qərarından gedir, ona görə, martın 1-dən etibarən yanacağın ixracı 6 ay müddətinə qadağan ediləcək.

Zaal Yakobidzenin sözlərinə görə, Rusiya bir neçə ay əvvəl də analoji qərar qəbul edib, beləliklə, Gürcüstandan yanacaq idxal edənlər artıq təcrübə qazanıblar, ona görə də Rusiya yanacağının dəyişdirilməsi daha asan olacaq.

Rusiyanı hansı ölkələrin əvəzləyəcəyinə gəlincə, “Senta Oil”in qurucusu deyib ki, bu, Bolqarıstan, Rumıniya və Türkmənistan ola bilər.

“Artıq bir dəfə analoji qərar qəbul edilmişdi, təxminən 5 ay əvvəl idi, sonra gürcü idxalçılar başqa ölkələri axtarmağa başladılar və prinsipcə, heç bir xüsusi problem yaranmadı. Eyni şey indi də olacaq və yəqin ki, daha asan olacaq, çünki bizim artıq təcrübəmiz var və Rusiyanın əvəzinə diqqətimizi başqa ölkələrə yönəldəcəyik. Bu ölkələr Bolqarıstan, Rumıniya, Türkmənistandır.

Qiymətə gəlincə, proqnoz bir qədər çətindir, lakin digər amillər vəziyyəti pisləşdirməsə, beynəlxalq bazarda qiymətin qalxmasını və ya Gürcüstanda larinin məzənnəsinin pisləşməsini nəzərdə tuturam. Belə olduğu halda təqribən 10-15 tetri qiymət artımı gözlənilir”, - deyə Zaal Yakobidze bildirib.

ŞƏRH YAZ
12