Gürcüstanda avtomobillərin sayı hər ay artır.
Aktual.ge xəbər verir ki, bu Milli Statistika Xidmətinin verdiyi məlumatlar arasında öz əksini tapıb.
Qurumun 2024-cü il məlumatına görə, ölkədə ümumilikdə 1 milyon 701 min 776 avtomobil qeydiyyatdadır ki, bu da Gürcüstanda hər ikinci adamın avtomobili olması deməkdir. (Milli Statistika Xidmətinin məlumatına əsasən, bu il əhalinin sayı 3 milyon 694 min 600 nəfərdir).
Qeyd edək ki, Gürcüstanda avtomobil parkı ildən-ilə və əhəmiyyətli dərəcədə artır. Əgər 2017-ci ildə (avtomobil statistikası portalında bu ilin məlumatlarına baxılır) ölkədə 1 milyon 228 min 123 nəqliyyat vasitəsi qeydiyyatda idisə, bu il bu rəqəm 1 milyon 701 min 776 olub. 2017-ci ildə əhalinin sayı 3 milyon 726 min 400 nəfər olduğu üçün həmin il hər üç nəfərə bir avtomobil düşdüyü məlum olur.
Gürcüstanda qeydiyyatda olan avtomobillərin son illərdə ki, statistikası aşağıdaki kimidir:
2020 - 1.404.471 avtomobil
2021 - 1 490 263 avtomobil
2022 - 1.563.165 avtomobil
2023 - 1 680 436 avtomobil
2024 (bu il) 1.701.776 nəqliyyat vasitəsi