Kateqoriyalar
Bolnisi Bələdiyyəsinin Dəllər və Darvaz kəndindən olan gənclər aarasında baş verən qarşıdurma zamanı 8 nəfər bıçaqlanıb.
Aktual.ge-nin əldə etdiyi məlumata görə, hadisə 24 noyabr axşamı Dəllər kəndində keçirilən toyun yaxınlığında baş verib.
Məlumata görə, aralarında münaqişə yaranan gənclər arasında başlanılan dava daha sonra böyüyüb. Nəticədə, 6 nəfər Dəllər kəndindən, 2 nəfər isə Darvaz kəndindən olan gənc bıçaqlanıb. Məlumata əsasən, gənclərdən ikisinin vəziyyəti ağır olub, onlardan biri reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı polis artıq hərəkətə keçib və bir neçə nəfərin saxlanıldığı iddia olunur.
Aktual.ge xəbər portalı Daxili İşlər Nazirliyinin Mətbuat xidməti ilə əlaqə saxlamağa çalışır.