Gürcüstandan yerli iri buynuzlu mal-qara ixracı 230% artıb.
Aktual.ge xəbər verir ki, bu Milli Statistika Xidmətinin yaydığı məlumatlar arasında öz əksini tapıb.
Məlumata görə, 2025-ci ilin yanvar-mart aylarında 10,512 milyon dollar dəyərində (3 583 ton) diri iri buynuzlu mal-qara ixrac olunub. Halbuki 2024-cü ilin müvafiq dövründə bu göstərici 3,179 milyon dollar dəyərində 1 151 ton təşkil edirdi.
Belə ki, iri buynuzlu mal-qaranın ixracı 230% artıb.
İxrac bazarlarına gəlincə, əgər ötən il Gürcüstandan iri buynuzlu mal-qara yalnız İraqa göndərilirdisə, bu il bazara Azərbaycan da əlavə olunub.
Daha konkret desək, 2025-ci ilin yanvar-mart aylarında diri mal-qara aşağıdakı ölkələrə ixrac olunub:
İraq – 9,651 milyon dollar dəyərində 3 171 ton
Azərbaycan – 861 min dollar dəyərində 412 ton
2024-cü ilin tamamında isə Gürcüstandan ümumilikdə 54,951 milyon dollar dəyərində 18 200 tona yaxın iri buynuzlu mal-qara ixrac olunub.