Sürücülərə üzücü xəbər! Yanacağın qiyməti kəskin bahalaşdı
28.07.2025 00:08
1239
İqtisadiyyat
A
Sürücülərə üzücü xəbər! Yanacağın qiyməti kəskin bahalaşdı

Gürcüstanda yanacağın qiyməti bahalaşıb. Qiymət artımı 19 iyuldan başlayıb və tədricən brend yanacaqdoldurma məntəqələrinin bir hissəsində öz əksini tapıb.

Aktual.ge "Petrol Prices"in məlumatına istinadən xəbər verir ki, yanacağın növündən asılı olaraq, müxtəlif yanacaqdoldurma məntəqələrində qiymət artımı 4-20 tetri arasında dəyişir.

Aktual.ge xəbər portalı sizə müxtəlif brend yanacaqdoldurma məntəqələrində yanacağın hazırkı qiymətlərini təqdim edir:

Gulf (6 tetri bahalaşıb)

G-Force Super – 3.53 lari

G-Force Premium – 3.13 lari

G-Force Euro Regular – 3.03 lari

Euro Regular – 2.93 lari

G-Force Euro Dizel – 3.09 lari

Euro Dizel – 2.99 lari

Wissol (6 tetri bahalaşıb)

Eko Super – 3.53 lari

Eko Premium – 3.12 lari

Eko Dizel – 3.04 lari

Euro Dizel – 2.90 lari

Euro Regular – 2.99 lari

Dizel Energy – 2.94 lari

SOCAR (qiymətlər hələlik dəyişməyib)

Nano Super – 3.45 lari

Nano Premium – 3.05 lari

Nano Euro Regular – 2.85 lari

Euro 5 Dizel – 2.87 lari

Nano Euro 5 Dizel – 2.99 lari

Rompetrol (4-8 tetri bahalaşıb)

Efix Super – 3.54 lari

Efix Euro Premium – 3.17 lari

Euro Regular – 2.95 lari

Efix Euro Dizel – 3.10 lari

Euro Dizel – 3.05 lari

Portal (10-20 tetri bahalaşıb)

Super – 3.10 lari

Premium – 2.89 lari

Euro Regular – 2.69 lari

Euro Dizel – 2.94 lari

Effektiv Dizel – 2.74 lari

Qlobal bazarlara gəlincə, son ticarət nəticələrinə görə beynəlxalq bazarda həm Brent, həm də WTI növü yanacağın qiyməti azalıb. Dəqiq desək, son ticarətə əsasən, bir barrel Brent nefti 68.44 dollar (-1.07%) olub, Amerika WTI xam neftinin qiyməti isə 65.16 dollar (-1.32%) təşkil edib.

ŞƏRH YAZ
12