31.07.2025 01:25
1490
Maraqlı
A
"Tbilisinin giriş hissəsi boşalacaq" | Kür çayı üzərində yeni 389 metrlik körpü inşa ediləcək

Mtsxeta, Şida Kartli və Kvemo Kartli regionları arasında nəqliyyat əlaqələrinin yaxşılaşdırılması məqsədilə yeni infrastruktur layihəsinin həyata keçirilməsinə başlanılır.

Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Avtomobil Yolları Departamenti yayıb. 

Məlumata görə, layihə çərçivəsində yerli əhəmiyyətə malik Ksani–Saskhori yolunun 2.9 kilometrlik hissəsi tam şəkildə bərpa olunacaq və Kür çayı üzərində 389 metr uzunluğunda yeni körpü inşa ediləcək.

Qurumun verdiyi məlumata əsasən, işlərin təxmini dəyəri 20 milyon lari təşkil edir və layihə tamamilə dövlət büdcəsi hesabına maliyyələşdirilir.

“Tbilisinin giriş hissəsi boşalacaq”

"Kvemo Kartli, Şida Kartli və Mtsxeta-Mtianeti regionları Nixbisi–Didqori istiqamətində bir-birinə daha qısa yolla birləşəcək, bu isə hərəkət keyfiyyətini artıracaq və nəqliyyat axınını sadələşdirəcək. Eyni zamanda, xüsusilə Tbilisinin giriş hissəsində, Şərq-Qərb sürətli avtomagistralı yüngülləşəcək.

Llayihə sıx məskunlaşmış Ksani kəndinin – sənaye zonası kimi əhəmiyyətli bir ərazinin inkişafına da təkan verəcək. Hal-hazırda kəndə çatmaq üçün sürətli magistrala birbaşa birləşən Qanda–Ksani yolu istifadə olunur" , – deyə məlumatda qeyd olunub.

ŞƏRH YAZ
0