23.10.2025 16:36
360
Siyasət
A
"Aİ 1992-ci ildən Gürcüstana 2 milyard avrodan çox qrant ayırıb, məqsəd vətəndaşların həyatının yaxşılaşdırılmasıdır" | Aİ

1992-ci ildən etibarən Avropa İttifaqı Gürcüstan üçün 2 milyard avrodan çox qrant ayırıb. Hər bir sərmayə qoyulmuş avro Gürcüstan əhalisinin gündəlik həyatının yaxşılaşdırılmasına yönəlib.

Aktual.ge xəbər verir ki, bu barədə Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyinin sosial şəbəkələrdə yaydığı məlumatda qeyd olunub. 

Vurğulanıb ki, artıq 30 ildən çoxdur ki, Avropa İttifaqı müxtəlif proqramlar vasitəsilə Gürcüstan vətəndaşlarına yeni iqtisadi və sosial imkanlardan yararlanmağa kömək edir.

“1992-ci ildən Avropa İttifaqı Gürcüstan üçün 2 milyard avrodan çox qrant ayırıb, bununla da yeni infrastrukturun yaradılması, iş yerlərinin açılması, təhsil və ətraf mühitin qorunması maliyyələşdirilib. Hər bir sərmayə qoyulmuş avro Gürcüstan əhalisinin gündəlik həyatının yaxşılaşdırılmasına xidmət edib — yolların, xəstəxanaların və məktəblərin modernləşdirilməsindən tutmuş, yerli icmaların, sahibkarların və gənc yenilikçilərin gücləndirilməsinədək. Artıq 30 ildən çoxdur ki, Avropa İttifaqı TRACECA, EU4Business, ENPARD və EU4Youth kimi proqramlar vasitəsilə Gürcüstan vətəndaşlarına yeni iqtisadi və sosial imkanlardan faydalanmağa kömək edir”, - məlumatda deyilir.

ŞƏRH YAZ
0