Vətəndaşlar 1,2 milyard lari dəyərində qızıl və zinət əşyalarını girov qoyublar
05.11.2025 09:45
429
İqtisadiyyat
A
Vətəndaşlar 1,2 milyard lari dəyərində qızıl və zinət əşyalarını girov qoyublar

Gürcüstan vətəndaşlarının mikromaliyyə təşkilatlarında girov qoyduğu qızıl və digər zinət əşyalarının ümumi dəyəri 1 milyard 238 milyon 862 min 398 lari təşkil edir.

Aktual.ge xəbər verir ki, bu barədə məlumatı BMG, mikromaliyyə təşkilatlarının Gürcüstan Milli Bankına təqdim etdiyi maliyyə göstəricilərinə əsasən yayıb.

Məlumata görə, mikromaliyyə təşkilatları üçün lombard kreditləri ən gəlirli seqment sayılır və buna görə də bu portfel illik 36% artıb. Bu artıma qızılın qiymətindəki kəskin yüksəliş də ciddi təsir göstərir, çünki bu, mikromaliyyə təşkilatlarında girov qoyulmuş zinət əşyalarının dəyərini artırır.

Eyni məlumata əsasən, ümumilikdə lombard kreditləri mikromaliyyə təşkilatlarının kredit portfelinin 77%-ni təşkil edir, bu da onların əsas fəaliyyətinin məhz lombard kreditlərinin verilməsi ilə bağlı olduğunu göstərir.

2025-ci ilin 9 ayı ərzində mikromaliyyə təşkilatları tərəfindən ümumilikdə 757 829 lombard krediti verilib. Bu da o deməkdir ki, bir kreditin orta məbləği 1807 lari olub. Müqayisə üçün, ötən ilin eyni dövründə bu göstərici 1350 lari idi - yəni bu seqmentdə orta kredit məbləği 457 lari və ya 34% artıb. Bu artımın əsas səbəbi qızılın qiymətinin yüksəlməsi ilə izah olunur, çünki indi vətəndaşlar eyni üzük və ya zinət əşyasını girov qoymaqla ötən ilə nisbətən daha yüksək məbləğdə kredit ala bilirlər.

ŞƏRH YAZ
5