Gürcüstanda cinsindən asılı olmayaraq nominal orta aylıq əməkhaqqı 2025-ci ilin sentyabrında illik müqayisədə 11,5 faiz artaraq 1970 lari təşkil edib.
Aktual.ge xəbər verir ki, bu, Gəlir Xidmətinin veb saytındakı məlumatlarda öz əksini tapıb.
1 oktyabr 2025-ci il tarixinə Gürcüstanda təxminən 12.000 nəfər 15.000 laridən yuxarı əmək haqqı alıb. Onlardan 1100 nəfəri isə 50.000 laridən çox qazanıb.
Gürcüstanda 1100 nəfərdən 124 nəfərinin əməkhaqqısı 70.000 laridən, 91 nəfərin əməkhaqqısı 80.000 laridən, 51 nəfərin əmək haqqısı 90.000 laridən, 286 nəfərin isə 100.000 laridən yuxarı olub.
Eyni zamanda, Vergi Xidmətinin məlumatına görə, hesabat dövrünə Gürcüstanda 220 min nəfər min laridən az, 67,9 min nəfər isə 1000-1200 lari arasında maaş alıb.
Gürcüstanda yaşayış minimumu adambaşına 260,3 laridir.