Gürcüstanda orta aylıq əməkhaqqı 11% artaraq 2 466 lariyə çatıb
18.03.2026 13:45
377
Siyasət
A
Gürcüstanda orta aylıq əməkhaqqı 11% artaraq 2 466 lariyə çatıb

Gürcüstanda orta aylıq əməkhaqqı 11% artaraq 2 466 lariyə çatıb.

Aktual.ge xəbər verir ki, bu barədə Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Fəaliyyət sahələrinə görə ən yüksək maaşlar aşağıdakı sektorlarda qeydə alınıb:

İnformasiya və kommunikasiya – 4 373.2 lari (illik 9.1% artım);
Tikinti – 3 938.9 lari (17.2% artım);
Maliyyə və sığorta fəaliyyəti – 3 747.7 lari (11.1% artım);
Mədənçıxarma sənayesi və karxanaların işlənməsi – 3 386.5 lari (31.8% artım).

2025-ci ilin IV rübündə qadınların orta aylıq maaşı 1 952.5 lari, kişilərin isə 2 978.9 lari olub. İllik artım qadınlarda 173.9 lari (9.8%), kişilərdə isə 325.1 lari (12.2%) təşkil edib.

Sahələr üzrə müqayisə göstərir ki, demək olar bütün sektorlarda kişilərin maaşı qadınların maaşını üstələyir.

ŞƏRH YAZ
6