Netanyahu qondarma “erməni soyqırımı”nın tanınmasına dəstək verdi
Bugün
140
Dünya
A
Netanyahu qondarma “erməni soyqırımı”nın tanınmasına dəstək verdi

İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin xarici işlər naziri Gideon Saarın “erməni soyqırımının” tanınması ilə bağlı təşəbbüsünü dəstəklədiyini açıqlayıb.

Aktual.ge xəbər verir ki, o, bunu keçirdiyi mətbuat konfransında jurnalistlərin sualını cavablandırarkən bildirib.

“Mən tanımaqdan çəkinməmişəm və bunu qəti şəkildə dəstəkləyirəm”, – deyə İsrailin Baş naziri vurğulayıb.

Qeyd edək ki, iyunun 26-da ölkənin xarici işlər naziri Gideon Saar bildirib ki, “erməni soyqırımı”nın tanınmasına dair qətnamə layihəsini İsrail hökumətinin təsdiqinə təqdim edəcək. Onun sözlərinə görə, hökumətin təsdiqindən sonra sənəd səsvermə üçün parlamentə çıxarılacaq.

Gözlənilir ki, bu təklif İsrail Nazirlər Kabinetinin iyunun 28-də keçiriləcək həftəlik iclasında müzakirə olunacaq.

Mənbə: Qlobalinfo

ŞƏRH YAZ
2