İran Gürcüstana yeni səfir təyin etdi
25.07.2022 13:18
1440
Dünya
A
İran Gürcüstana yeni səfir təyin etdi

İran İslam Respublikası Gürcüstanda daxil 6 ölkəyə yeni səfirlər təyin edib.

Aktual.ge bu ölkənin mətbuatına istinadən xəbər verir ki, Mahmud Ədib İran İslam Respublikasının Gürcüstandakı səfiri postuna təyin edilib.

Bununla belə Səid İrəvani İran İslam Respublikasının Nyu Yorkdakı daimi nümayəndəsi və BMT-dəki səfiri, Əli Bəhreyni isə İranın Cenevrədə yerləşən beynəlxalq təşkilatlar yanında nümayəndəsi təyin edilib.

Mövcud məlumata görə, səfirlərin təyinat toplantısında İran Prezidenti İbrahim Rəisi onları İslam quruluşunun nümayəndələri kimi təqdim edib və səfirlərin ölkənin maraq və dəyərlərini təmsil etməli olduğunu ifadə edib.

Məlumat üçün bildirək ki, bundan əvvəl İranın Gürcüstanda səfiri yox idi və bu postu səlahiyyətlərin icraçısı Məhəmməd Qobadi davam etdirirdi. Mahmud Ədib bundan əvvəl Xarici İşlər Nazirliyinin konsulluq departamentinin baş direktoru postunda çalışıb.

ŞƏRH YAZ
5