Provaslav xristianlar bu gün Pasxa bayramını qeyd edirlər.
Aktual.ge məlumat verir ki, xristiyan inancına görə, müqəddəs Pasxa Günü - İsa Məsihin Dirilməsi bayramı bu il Qriqorian təqvimi ilə aprelin 15-də qeyd edilir.
Pasxa İsa Peyğəmbərin çarmıxa çəkilməsindən üç gün sonra dirilməsi münasibəti ilə qeyd edilən bayramıdır.
Pasxa xristianların ən qədim, mühüm və sevimli bayramlarından biridir. Ənənəyə görə, inanclı xristiyamlar cümə axşamı səhər kuliç bişirir, axşam pasxa hazırlayır, şənbə günü onları kilsəyə aparır, şənbə günündən bazar gününə keçən gecə isə Pasxanın və İsanın Dirilməsi bayramının başlanmasını bildirən Xaç yürüşü edirlər. İsa peyğəmbərin Dirildiyi Müqəddəs Gün isə hamı Pasxa süfrəsi arxasında əyləşir, bir-birini Pasxa və kuliçə qonaq edir, yumurta döyüşdürür və bir-birini “İsa Dirildi!” kəlməsi ilə salamlayır.
Xristiyan həmvətənlərimi təbrik edirik!