Müzakirələrə səbəb olacaq qərar - Kirovka kəndinə Mamey adı verilməyəcək
15.11.2022 17:27
608
Siyasət
A
Müzakirələrə səbəb olacaq qərar - Kirovka kəndinə Mamey adı verilməyəcək

Marneuli Bələdiyyəsinin Kirovka kəndinə "Mamey" adı verilməyəcək.

Aktual.ge xəbər veirr ki, müvafiq qərar 14 noyabr Marneuli Bələdiyyə Məclisinin iclasında məlum olub.

"Biz tarixi materialları araşdırdıq, kənd əhalisi tərəfindən təqdim olunmuş Mamey adı heç yerdə qeydə alınmır. Mamey toponimi nə 19-cu, nə də 20-ci əsrdə qeydə alınmayıb.

Buna görə də bizim bu adı vermək səlahiyyətimiz yoxdur. Mamey adında iki versiya var biri xristian müqəddəsi Mamaiyə, digər versiya isə Qızıl Ordanın sərkərdəsi Mamai ilə əlaqədardır. Bu versiyalar da az qəbul olunandır. Orada yaşayan sakinlərin inancından irəli gələrək xristian müqəddəsinin adı həmin kəndə verilə bilməz" , - deyə Marneuli Meriyasının Məlumat və Statistika şöbəsinin rəhbəri İrina Macaraşvili iclasda bildirib.

İrina Macaraşvili ehtimal edir ki, Kirovka kəndinə Yaşıl Təpə və ya Dostluq adı veriləcək.

Xatırladaq ki, 2022-ci ilin 18 aprel tarixində Marneuli Bələdiyyə Məclisinin üzvləri Sovet İttifaqından qalan adların dəyişdirilməsi mövzusunu müzakirə edib və iki kəndin - Kirovka və Şaumiyanın, adlarını dəyişməklə bağlı qərarı verib. Bunun ardından isə bəzi Kirovka sakinləri və QHT-ı kəndə Mamey adının verilməsini tələb edib. 

ŞƏRH YAZ
3