Azərbaycan quru sərhədlərini pandemiyaya görə bağlı saxlayır? - Millət vəkilindən unikal məlumat (VİDEO)
02.02.2023 13:03
1051
Siyasət
A
Azərbaycan quru sərhədlərini pandemiyaya görə bağlı saxlayır? - Millət vəkilindən unikal məlumat (VİDEO)

Azərbaycanda kovid19 pandemiyası ilə bağlı sərt tədbirlər aradan qalxsa da, amma hələ də quru sərhədlərini açmır. Bununla belə dünyanın bir çox ölkələrində xüsusi karantin rejimi ləğv olunsa da, 2023-cü ilin 1 mart tarixinə qədər Azərbaycan Respublikasında xüsusi karantin rejimi uzadılıb. Bu durum isə Gürcüstan azərbaycanlılarını narahatlığa səbəb olmağa davam edir.

Marneulidə sakinlər Azərbaycanın sərhədləri açmamasına öz narahatlıqlarını ifadə edirlər və tezliklə Azərbaycan qapılarının onların üzünə açılacağına ümüd edirlər.

Maraqlıdır ki, Azərbaycan Ali Başkomandanının uzağı görən siyasəti nəticəsində daima uğur qazanan Azərbaycan Respublikası həqiqətənmi quru sərhədləri pandemiya səbəbi ilə bağlı saxlayır?

Bununla bağlı sualımızı cavablandıran Azərbaycan Milli Məclisinin deputatı Arzu Nağıyev deyib ki, burada bir tək məsələ pandemiya deyil, eyni zamanda Azərbaycanın təhlükəsizliyidir.

Millət vəkili eyni zamanda vurğulayıb ki, quru sərhədlərin açılması mühüm məsələdir və bu, bölgənin inkişafı üçün vacibdir.

Yeri gəlmişkən qeyd edək ki, pandemiya dövründə - Gürcüstan 2021-ci ilin iyun ayından quru sərhədlərini açıb. Azərbaycanın isə qonşu ölkələri ilə quru sərhədlərini 2020-ci ilin mart ayının 14-dən bəri bağlı saxlayır.

Daha ətraflı video süjeti təqdim edirik:

ŞƏRH YAZ
15