Azərbaycan bu tarixdən quru sərhədlərini açmağı planlaşdırır
15.03.2023 12:06
23580
Siyasət
A
Azərbaycan bu tarixdən quru sərhədlərini açmağı planlaşdırır

Mayın 1-də Azərbaycan Gürcüstanda daxil olmaqla quru sərhədlərini qonşu ölkələrə aça bilər.

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın "Business Press News" nəşri məlumat yayıb.

Azərbaycanda epidemioloji vəziyyət sabitləşib və pandemiya bitmiş hesab olunur. Bu günlərdə Ümumdünya Səhiyyə Təşkilatı dünya da pandemiyanın sona çatdığını rəsmən açıqlayıb.

Azərbaycanda koronavirusla bağlı məhdudiyyətlər mayın 1-dək qüvvədə olduğu üçün sərhədin bu tarixə açılması planlaşdırılır. Nazirlər Kabineti Operativ Qərargahla birlikdə yaxın vaxtlarda bu məsələ ilə bağlı rəsmi qərar qəbul edəcəyi gözlənilir.

Bu ilin 2 fevral tarixində müvafiq məsələ ilə bağlı Aktual.ge xəbər portalının sualını cavablandıran Azərbaycan Milli Məclisinin deputatı Arzu Nağıiyev deyib ki, burada bir tək məsələ pandemiya deyil, eyni zamanda Azərbaycanın təhlükəsizliyidir.

Məlumat üçün bildirək ki, pandemiya başlayandan sonra Azərbaycanın quru sərhədləri bağlanıb. Məhdudiyyətlər aradan qaldırılsa da, sərhəd 3 ildir bağlıdır.

ŞƏRH YAZ
14