Lari üçün “sakit fırtına”: Valyuta bazarında nələr baş verir?
15.04.2025 00:46
1402
Siyasət
A
Lari üçün “sakit fırtına”: Valyuta bazarında nələr baş verir?

"Yaxın 3-4 ay ərzində lari ilə xarici valyutalar arasında böyük dəyişikliklər gözlənilmir".

Aktual.ge xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Oto Abesadze səsləndirib.

"Gürcü bankları böyük kreditlərin, xüsusilə də developerlərə və ya tikinti məqsədli layihələrə yönəlmiş kreditlərin verilməsini məhz 2 ay əvvəl, 6 aylıq müddət üçün dayandırıblar. Bu hal dolların dövriyyə dinamikasını əhəmiyyətli dərəcədə ləngitdi – banklar müəyyən ehtiyatlara malikdirlər və bu ehtiyatların kredit şəklində verilməsi artıq baş vermir. Bu isə uzunmüddətli perspektivdə onların özü üçün də mənfi ssenaridir – bu gün verilmiş kreditlərin faydasını görürlər, lakin sabah və ondan sonrakı dövr üçün nəzərdə tutulmuş genişmiqyaslı iş prosesi faktiki olaraq dayanıb" , – deyə o BPN-ə müsahibəsində qeyd edib.

İqtisadçı ekspertin sözlərinə görə, larinin digər valyutalar qarşısında möhkəmlənməsi və stabilləşməsinin başqa əsas səbəblərindən biri də Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Gürcüstana köç etmiş şəxslər və onların gətirdiyi nağd vəsaitlərlə bağlıdır: "Bu insanlar son aylarda əsasən öz vəsaitlərini bank hesablarına yatırmağa başlayıblar ki, bu da, təbii olaraq, larinin dollar və digər valyutalar qarşısında stabilləşmə prosesinə müsbət təsir edib".

“Bu iki ciddi arqumenti nəzərə alaraq, güman edirəm ki, yaxın 3-4 ay ərzində larinin xarici valyutalar qarşısında böyük dəyişiklikləri olmayacaq. 4 aydan sonra isə bankların böyük kreditlərlə bağlı qəbul etdiyi 6 aylıq fasilənin müddəti başa çatacaq və eyni zamanda ABŞ hökumətinin yeni administrasiyasının bizimlə bağlı mövqeləri və münasibətləri də daha aydın olacaq – bu isə iri xarici investisiyalar və ümumilikdə iqtisadiyyatımızla ciddi əlaqəyə malik olacaq" , – deyə Oto Abesadze vurğulayıb.

ŞƏRH YAZ
5