Mart ayında Gürcüstanın iqtisadiyyatı 10,7% artıb |
30.04.2026 17:02
235
İqtisadiyyat
A
Mart ayında Gürcüstanın iqtisadiyyatı 10,7% artıb | "Saksat"

İlkin qiymətləndirməyə əsasən, 2026-cı ilin mart ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ümumi daxili məhsulun (ÜDM) artımı 10.7% təşkil edib, birinci rüb üzrə orta real artım isə 9.1% olub.

Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Milli Statistika Xidməti ("Saksat") yayıb.

Məlumatda qeyd olunub ki, 2026-cı ilin mart ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə artıma ən böyük töhfəni aşağıdakı sahələr verib: emal sənayesi, informasiya və kommunikasiya, peşəkar, elmi və texniki fəaliyyətlər, mədənçıxarma sənayesi, tikinti, nəqliyyat və anbarlaşdırma.

Eyni məlumata görə, inzibati və yardımçı xidmətlər, həmçinin mehmanxana və restoranlar sektorunda azalma tendensiyası qeydə alınıb.

ŞƏRH YAZ
11