18.06.2024 00:45
680
İqtisadiyyat
A
"Xarici təsir" qanunu ölkə iqtisadiyyatına təsir edəcək? - Nazir suala aydınlıq gətirdi

Gürcüstanda proqnozlaşdırılan 6% iqtisadi artım üçün heç bir təhlükə yoxdur.

Aktual.ge xəbər verir ki, bu barədə Maliyyə naziri Laşa Xutişvili bildirib.

Brifinqdə jurnalisti "Xarici təsirin şəffaflığı" qanunun qəbuluna ABŞ və Aİ-nin cavab tədbirləri həyata keçirməsi iqtisadi artım istiqamətində risklər görülürmü sualına nazir belə cavab verib:

"Müafiq təhlilin daha çox məlumata ehtiyacı var. Bununla əlaqədar olaraq, gözləntilərin nədən ibarət ola biləcəyini müəyyən dərəcədə təhlil etmək üçün daha çox məlumat lazımdır. Hansı formada, nə dərəcədə və necə olacaq, ümumiyyətlə, belə məhdudiyyətlər qoyulsa. Ona görə də bu mərhələ üçün təqdim olunan variant 6% iqtisadi artımı nəzərdə tutur. Gürcüstanda bu 6 faizlik iqtisadi artım üçün bugünkü qiymətləndirmə və nöqteyi-nəzərdən heç bir təhlükə yoxdur. Təbii ki, əlimizdə yeni məlumatlar olsa, onu təhlil edib, hər gözlənilən dəyişikliklə bağlı ictimaiyyəti məlumatlandıracağıq. Lakin bu günə olan məlumata görə, 6%-lıq iqtisadi artımla bağlı təhlükə yoxdur. Lakin növbəti aylarda Maliyyə Nazirliyi tərəfindən ənənəvi olaraq əlavə dəqiqləşdirmə aparılacaq. İqtisadiyyatdakı vəziyyət və gözləntilərə uyğun olaraq proqnoz veriləcək. Mövcud tendensiyaya görə artımın 6%-dən çox olacağı gözlənilir”.

Məlumat üçün bildirək ki, Gürcüstan hökuməti 2024-cü il üçün iqtisadi artım proqnozunu 6%-ə çatdırıb. İndiyədək büdcədə 5,2% artım müəyyən edilib.

ŞƏRH YAZ
9