Şeyx
09.10.2024 23:24
1472
Siyasət
A
Şeyx "Gürcü Arzusu"nun seçki kampaniyasına qoşulub - FOTO

Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi Faiq Nəbiyev hakim "Gürcü Arzusu"nun seçki kampaniyasına qoşulub.

Aktual.ge xəbər verir ki, şeyx bu gün Dmanisi Bələdiyyəsində hakim partiyanın keçirdiyi görüşdə çıxış edib və 26 oktyabr seçkilərindən söz açıb.

Dmanisi meri Koba Muradaşvili rəsmi sosial şəbəkə hesabında şeyx ilə birlikdə Yuxarı Qarabulax kəndində əhali ilə görüşdüklərini və 26 oktyabr seçkilərinin əhəmiyyətindən danışdıqlarını bildirib.

"Bu gün şeyx Faiq Nəbiyev və komandamla birlikdə Yuxarı Qarabulax icmasına daxil olan kəndlərin sakinləri ilə görüşdük. Görüş zamanı 26 oktyabr parlament seçkilərində vətəndaşların iştirakının əhəmiyyəti müzakirə olundu. Eyni zamanda, bu icmanın kəndlərində həyata keçirilən və planlaşdırılan layihələr haqqında da söhbət aparıldı" , - Koba Muradaşvili qeyd edib.

ŞƏRH YAZ
33