Marneulidəki silahlı insidentlə bağlı DİN-dən AÇIQLAMA
23.10.2022 19:13
1211
Siyasət
A
Marneulidəki silahlı insidentlə bağlı DİN-dən AÇIQLAMA

Marneulidə bu gün günün ikinci yarısında baş vermiş silahlı insidentlə bağlı Daxili İşlər Nazirliyi (DİN) istintaqa başlayıb.

Bu barədə Aktual.ge xəbər portalına DİN-dən məlumat verilib.

Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 120-ci və 236-cı maddələri ilə istintaq başlayıb.

Məlumat üçün bildirək ki, Cinayət Məcəlləsinin 120-ci maddəsi "Qəsdən sağlamlığa yüngül xəsarət yetirməni" nəzərdə tutur və sözügedən cinayəti törədən şəxsi 3 ilə 5 il arası həbs cəzası gözləyir. Həmçinin 236-cı maddə "Odlu silahların (hamar delikli ov odlu silahları (silahları) istisna olmaqla), döyüş sursatı, partlayıcı maddələr və ya partlayıcı qurğuların qanunsuz əldə edilməsi, saxlanması, daşınması, istehsalı, başqasına verilməsi və ya satışı" nəzərdə tutur və həmin əmələ görə cərimə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


Bu gün Marneuli rayonunun Qızılhacılı kənd sakini Arif Əzizov əyləşdiyi çayxanada naməlum şəxs tərəfindən odlu silahla ayağından bir neçə dəfə güllə yarası alıb.

ŞƏRH YAZ
3