Küçələr ehsanla, könüllər Hüseyn sevgisi ilə dolacaq | Məhrrəm ayı başlayır - VİDEO
26.06.2025 01:38
940
Din
A
Küçələr ehsanla, könüllər Hüseyn sevgisi ilə dolacaq | Məhrrəm ayı başlayır - VİDEO

Bu il Məhərrəm ayı iyun ayının 27-də başlayır. Tasua günü iyulun 5-nə, Aşura günü isə iyulun 6-na yad ediləcək. 

Bu barədə Marneuli Mərkəzi İmam Əli (ə) Məscidinin axundu, imamcümə Hacı Hacıyev məlumat verib.

Qeyd edək ki, İslam tarixində mühüm əhəmiyyət kəsb edən bu günlər Hicri-qəməri təqvimi ilə 61-ci ildə baş verən Kərbəla hadisəsi ilə bağlıdır. Məhəmməd Peyğəmbərin (s) nəvəsi İmam Hüseyn (ə), onun ailə üzvləri və tərəfdarları Kərbəlada şəhid ediliblər.

Məlumat üçün bildirək ki, Gürcüstanda müsəlmanların kompakt şəkildə yaşadığı rayonların əksəriyyətində Məhərrəm ayı ilə əlaqədar olaraq uzun illərdir matəm mərasimləri təşkil olunur. Son 10 ildə isə xüsusilə Marneuli Bələdiyyəsi başda olmaqla, müsəlmanların yaşadığı digər bələdiyyələrdə, qəsəbə və kəndlərdə 10 gün ərzində yollarda İmam Hüseyn (ə) ehsanları paylanılır.

ŞƏRH YAZ
5